Modern.az

“Trabzonspor”da şok: Bütün xarici futbolçular komandadan gedə bilərlər

“Trabzonspor”da şok: Bütün xarici futbolçular komandadan gedə bilərlər

20 May 2015, 17:11



Türkiyənin “Trabzonspor” futbol klubunda böhran qapıya söykənib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, borcu 400 trilyonu aşan bordo-mavili komandada futbolçulara borcların ödənməməsi ilə bağlı problem pik həddə çatıb. Daha əvvəl personalın maaşını 3 aya qədər ödəyə bilməyən “Trabzonspor” indi də futbolçuların maaşını ödəyə bilmir. Futbolçuların müəyyən bir müddət pul ala bilməməsi, müqavilələrindəkı maddəyə görə sərbəst qalması mənasını verir.

“Trabzonspor” təxminən 2-3 aydır futbolçulara əmək haqqı ödəyə bilmir.

Sərbəst qaldığı iddia edilən xarici futbolçular bunlardır:

Karl Medjani, Essaid Belkalem, José Bosingva da Silva, Kevin Konstant, Mustapha Yatabare, Oskar Rene Kardozo, Marin Varis Majeed.

Maliyyə böhran yaşayan “Trabzonspor”u bu il UEFA təhlükəsi də gözləyir. Maliyyə problemləri yaşayan “Trabzonspor”a UEFA transfer qadağası da qoya bilər. Bu qadağa nəticəsində transfer edə bilməyəcək olan “Trabzonspor” Avropa kuboklarından da məhrum ediləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir