Modern.az

Buraxılış imtahanına buraxılış vərəqələri verilir - IX və XI siniflərə

Buraxılış imtahanına buraxılış vərəqələri verilir - IX və XI siniflərə

Təhsil

20 May 2015, 18:52

2 iyun tarixində keçiriləcək buraxılış imtahanında iştirak edəcək Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri (IX və XI siniflər) “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilərlər.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, buraxılış vərəqəsini çap etmək üçün //eservices.tqdk.gov.az/brxvbi/?frm=egov linkindən istifadə etmək lazımdır. Bu linkdən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqilərini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər öz kodlarını bilmirsə, məktəbdən də əldə edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır