Modern.az

Səddam Hüseynin qardaşı oğlu öldürüldü

Səddam Hüseynin qardaşı oğlu öldürüldü

20 May 2015, 20:35


İraqın keçmiş prezidenti Səddam Hüseynin qardaşı oğlu İbrahim Sabavi ölkənin şimalındakı Baydci şəhəri ətrafında gedən döyüşlərdə ölüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Sabavi Səddam Hüseynin böyük qardaşı Həsən Sabavinin oğlu idi və İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının sıralarına qatılmışdı. Şiə üsyançılar Sabavini ötən ilin iyun ayında Tikritdəki hərbi bazaya hücumda ittiham edirdilər. Həmin vaxt İŞİD-in döyüşçüləri uçuş məktəbində 1600-ə yaxın kadeti öldürmüşdülər.

Sabavinin atası Səddam Hüseyn rejimi çökəndən sonra ABŞ hərbçiləri tərəfindən ələ keçirilib və 2013-cü ildə xərçəng xəstəliyindən ölüb.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır