Modern.az

Lukaşenko da Riqa sammitinə getmir

Lukaşenko da Riqa sammitinə getmir

20 May 2015, 21:25


Belarus prezidenti Aleksandr Lukaşenko mayın 21-22-də Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə getməyəcək. Modern.az-ın verdiyi xəbərə görə, bunu prezidentin mətbuat katibi Dmitri Mitonçik deyib. Onun sözlərinə görə, sammitə prezidentin əvəzinə Belarusun xarici işlər naziri Vladimir Makey yollanacaq. O, qeyd edib ki, bu qərarı dövlət başçı özü verib.

Sammitdə Avropa İttifaqının Ermənistan, Azərbaycan və Belarusa əməkdaşlıqla bağlı xüsusi təklif hazırlanacağı gözlənilirdi. Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirakdan imtina edib. Ermənistan prezidenti Serj Sərkisyanın isə Riqaya gedəcəyi bildirilib. 

Modern.az      

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir