Modern.az

“Bakı 2015” məşəli Şəmkirdə

“Bakı 2015” məşəli Şəmkirdə

20 May 2015, 22:15


Birinci Avropa Oyunlarının məşəl estafetinin növbəti ünvanı Şəmkir rayonu olub.

Modern.az-ın məlumatına görə, Bakı-2015 birinci Avropa Oyunlarının məşəlini Aysel Salahova qəbul edib və 10 nəfər idmançı məşəli bir-birinə ötürərək Nizami, Əhməd Cavad küçələrindən, eləcə də Heydər Əliyev prospektindən keçərək Gənclər mərkəzinin qarşısına gəliblər.

Sonuncu məşəlçi yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı, üçqat respublika çempionu Vəfadar Mustafayev səhnəyə qalxaraq məşəli ictimaiyyətə təqdim edib. Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Gənclər mərkəzinə verilib.

Bildirilib ki, birinci Avropa Oyunlarının məşəlinin səyahətinə 1000 nəfərdən çox məşəlçi cəlb edilib və bütün regionlarda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi