Modern.az

Fərəc Quliyev: "Avropa Oyunları sıradan bir hadisə deyil"

Fərəc Quliyev: "Avropa Oyunları sıradan bir hadisə deyil"

21 May 2015, 11:09



Məlum olduğu kimi, sonuncu iqtidar-müxalifət dialoqunda 17 partiya təmsilçisi iştirak edib. 

Dialoqa müxalifət tərəfdən ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qatılıb. 

Görüşdə bir sıra məsələlər müzakirə olunub. O cümlədən, Bakı-2015 Birinci Avropa Oyunları da əsas müzakirə olunan məsələlərdən biri olub. Siyasi partiyaların Azərbaycan cəmiyyətinin aparıcı institutlarından biri olduğunu nəzərə alsaq, həmin təşkilatların yarışmanın keçirilməsinə münasibəti maraq doğurur. Bütövlükdə, dialoqda iştirak edən partiyaların yarışmanın keçirilməsinə münasibəti necədir? 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev buna müsbət prizmadan yanaşır: "Avropa Oyunları sıradan bir hadisə deyil və bu mötəbər idman tədbiri ölkənin müsbət imici baxımından çox əhəmiyyətlidir. Bura gələn xarici vətəndaşlar Azərbaycan haqqında gerçək məlumatları öyrənəcək. Ola bilsin ki, kimsə ölkəmiz haqqında məlumatlara mətbuat və ya internet üzərindən baxsın. Ancaq gəlib canlı görmək başqa məsələdir. İdmançılar, azarkeşlər, Oyunları idarə edənlər və digərlərində müəyyən təəssüratlar yaranacaq və geri döndükləri zaman ətraflarındakı adamlara bu haqda danışacaqlar. Düşünürəm ki, tədbir yüksək səviyyədə keçiriləcək. Azərbaycan bu sınaqdan uğurla çıxacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir