Modern.az

Seçicilərlə görüşən prezidentə hücum edildi

Seçicilərlə görüşən prezidentə hücum edildi

22 May 2015, 22:56


İkinci müddət üçün namizədliyini irəli sürən Polşa prezidenti Bronislav Komorovski seçkiqabağı kampaniyanın son günündə Torun şəhərində seçicilərlə görüşəndə yerli sakinlərin hücumuna məruz qalıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, insident Polşa televiziyalarında yayımlanıb. Komorovskinin Torun şəhərinə səfəri zamanı 34 yaşlı yerli sakin Remiqiuş D. dövlət başçısı mərkəzi meydanda avtomobilindən çıxanda ona hücum etməyə cəhd göstərib. Komorovskini hökumətin mühafizə bürosunun əməkdaşları müdafiə ediblər.

Hücum edən hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələrinə də müqavimət göstərib. Regional polisdən verilən məlumata görə, saxlanılan şəxs hazırda yerli komissarlıqdadır. O hələ ki yalnız polislərə hücumda ittiham olunur.

Polşada prezident seçkilərinin ilk turu mayın 10-da keçirilib. Mayın 24-də keçiriləcək ikinci tura ölkənin ən böyük müxalifət partiyası olan “Haqq və ədalət”in namizədi Andcey Duda və Bronislav Komorovski keçib. İndiki dövlət başçısı Dudaya ilk turda 1 faiz səslə uduzub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir