Modern.az

Azay Quliyev Avropa İttifaqının nümayəndəsilə yeni qrant müsabiqəsini müzakirə edib

Azay Quliyev Avropa İttifaqının nümayəndəsilə yeni qrant müsabiqəsini müzakirə edib

Qarabağ

28 Sentyabr 2010, 17:34


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşaviri Jan Lui Lavrofla Şuranın ofisində görüşüb. Şuradan Modern.az-a verilən məlumata görə, görüşdə məqsəd Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin 2010-cu il noyabr ayının 1-də elan edəcəyi qrant müsabiqəsinin mövzularını müzakirə etmək olub.

J.L.Lavrof bu barədə məlumat verərək bildirib ki, qrant müsabiqəsi ətraf mühitin mühafizəsi, insan hüquqları və azadlıqlarının müdafiəsi, demokratik dəyərlərin qorunması, regionların inkişafı, yoxsulluğun azaldılması və başqa bu kimi mövzuları əhatə edəcək.

A.Quliyev mövzuların Şura üçün də aktuallığını vurğulayaraq, ölkə QHT-lərinin mövcud potensialının bu tipli layihələri uğurla həyata keçirməyə imkan verdiyini diqqətə çatdırıb. Görüşdə region QHT-lərinin bu haqda məlumatlandırılması üçün seminarların keçirilməsinə və təqdim edilən layihələrin qiymətləndirilməsinə Şuranın dəstək verməsi təklifinə müsbət münasibət bildirən A.Quliyev Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi ilə əməkdaşlığın daha geniş çərçivələrdə qurulmasının vacibliyini qeyd  edib.    

Daha sonra iki qurum arasında əməkdaşlığın genişləndirilməsi yolları haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, öncə Şura ilə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə qeyri-rəsmi formatda işçi qrupu yaradılmışdı.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır