Modern.az

Prezidentin oğluna sui-qəsd olundu - 3 ölü, 15 yaralı

Prezidentin oğluna sui-qəsd olundu - 3 ölü, 15 yaralı

Dünya

25 May 2015, 11:22


Pakistan prezidenti Mamnun Hüseynin oğlu Manun Süleymana qarşı sui-qəsd təşkil olunub.

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, prezidentin oğlunun korteji Pakistanın Sind və Belucistan vilayətinin sərhədindəki magistral yoldan keçən zaman yol kənarına qoyulan motosiklet partladılıb.

Məsafədən idarə olunan bomba prezidentin oğluna xəsarət yetirməyib. Lakin terror aktı 3 dinc sakinin ölümünə, 15 nəfərin yaralanmasına səbəb olub. Yaralılardan 5-i polisdir.

75 yaşlı Mamnun Hüseyn 2013-cü il iyulun 30-dan Pakistan prezidenti səlahiyyətlərini icra edir.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir