Modern.az

Zeynəb Xanlarova deputatlığa namizədliyini irəli sürdü

Zeynəb Xanlarova deputatlığa namizədliyini irəli sürdü

Parlament

28 Sentyabr 2010, 18:22

Millət vəkili, xalq artisti, görkəmli sənətkar Zeynəb Xanlarova yenidən deputatlılğa namizədliyini 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən irəli sürüb. Bu barədə Modern.az saytına deputatın köməkçisi məlumat verib. O qeyd edib ki, Zeynəb Xanlarova namizədlik üçün tələb olunan lazımi sənədləri artıq dairə seşki komissiyasına təqdim edib.

Zeynəb Xanlarova SSRİ-nin və Azərbaycanın xalq artistidir. Azərbaycan Dövlət mükafatı laureatı, Ümumittifaq «Qızıl val» mükafatı laureatıdır. «İstiqlal» və «Şöhrət» ordenləri ilə təltif edilib. Əlcəzairin və Özbəkistanın fəxri vətəndaşıdır. Əfqanıstanın və Yəmənin yüksək dövlət mükafatlarına layiq görülüb.
1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin solisti, 1961-ci ildən M.F.Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olub.
Bitərəfdir.
On birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi