Modern.az

Hillari Klintonun diplomatik bacarığı

Hillari Klintonun diplomatik bacarığı

12 Oktyabr 2009, 19:03
Türkiyə-Ermənistan arasında imzalanmış Sürix sazişiin hasilə gəlməsini təhlilçilər ən çox ABŞ-ın dövlət katibi Hilari Klintonun qələbəsi kimi qələmə verirlər.
"New York Times" qəzeti yazır ki, xanım Klinton hələ oteldə olarkən mobil telefonlarla Ermənistanın Xarici İşlər Naziri Edvard Nalbandyan və onun Türkiyəli həmkarı Ahmet Davutoğlu arasındakı ixtilafları çözməyə çalışırdı.
Və daha sonra o, cənab Nalbandyanı maşınında mərasimin keçiriləcəyi Zürix Universitetinə apararkən, yolda da səylərini davam etdirirdi.
Xanım Klintonun dediyinə görə, qəzet yazır, aylarla davam edən danışıqların boşa çıxmaması üçün bu qısa səfərdə o, daha çox danışıb. Qəzetin məlumatına görə, iki tərəf arasındakı ixtilafları açıqlamaqdan imtina edən xanım Klinton deyib ki, müzakirələr zamanı iştirak edən tərəflərə bir neçə dəfə bu məsələnin həllinin önəmli olmasını xatırlatmalı olub.
Üç saat ləngimədən sonra şənbə günü axşam saat 8-də hər iki tərəf masa arxasına keçərək güzəştləri əvvəlcədən razılaşdırılmış protokollara imza atsalar da, heç bir tərəf bəyanat verməyib.
"İndi razılaşma hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir, buna da hələ ki, əminlik yoxdur"-deyə, qəzet Xanım Klinton deyib ki, onlar hər iki ölkədəki çox güclü müqavimətə qarşı irəliləməyin nə qədər çətin olduğunu anlayırdılar. "New York Times" yazır ki, Birləşmiş Ştatlar Fransa, Rusiya ilə birgə hər iki tərəfin ortaq məxrəcə gəlməsində önəmli rol oynayıblar. Prezident Obama ötən həftə Ermənistan prezidentinə həvəsləndirici zəng vurub, xanım Klinton isə bu vəzifədə olandan Türkiyə və Ermənistan rəsmilərilə 29 dəfə telefonla əlaqə saxlayıb və hətta danışıqlar məqsədilə Serj Sarkisyanı futbol matçından belə saxlayıb.
Məqalədə deyilir ki, Birləşmiş Ştatlar belə hesab edir ki, Türkiyə-Ermənistan barışığı Avropanın cənub-şərqində strateji balansı dəyişə bilər: " Bu Qərbə qaz və neft kəmərləri üçün yeni yollar aça bilər və eyni zamanda administrasiya rəsmilərinin maraqlarının sövdələşmə ilə heç bir əlaqəsi olmadığını israr etsələr də, Amerika qoşunlarının Əfqanıstana alternativ təchizat marşrutunu mümkün edə bilər".
Qəzet yazır ki, Barak Obama bu razılaşmada NATO-nun müttəfiqi Türkiyənin Avropa İttifaqına daxil olmasını yumşaltmaqla, Türkiyənin siyasi önəmi ilə, Amerikada yaşayan bir milyon yarıma yaxın ermənilərin siyasi əzələlərinin ziddinə getməsi arasında balansı saxlamalı olub: " Seçki kampaniyası dövründə konqressin erməni soyqırımının dəstəkləyəcəyini vəd verən cənab Obama prezident kürsüsünə əyləşəndən bəri bu barədə susub".
Qəzet diqqətə çəkir ki, bu yaxınlarda diasporaya razılaşmanı izah etmək məqsədilə S.Sərkisyan Amerika, Fransa, və Livana birhəftəlik səfər etmişdi. Və səs-küylü küçə etirazlarına baxmayaraq, Ameikada Ermənistan Kilsəsi də daxil olmaqla bir sıra nüfuzlu qruplar oktyabrın 1-də açıqladıqları müştərək bəyanatda bu razılaşmanı dəstəkləyəcəklərini bəyan etdilər.
Məqalədə deyilir ki, xanım Klinton görməli olan çətin işlərin çox olduğunu deyib.
Lakin Sürix hava limanından Londona uçan təyyarədə ikən Obama ona zəng vuraraq keçilməz problemin həllindəki roluna görə onu təbrik edib.
Yorğun görünsə də, enejili olan xanım Klinton isə "imza atdığın işi görməlisən, - deyə cavab verib.

BBC


Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir