Modern.az

Deputat “Türk millətinin xidmətçiləri” mükafatına layiq görülüb

Deputat “Türk millətinin xidmətçiləri” mükafatına layiq görülüb

29 Sentyabr 2010, 11:11

Azərbaycanlı millət vəkili Qənirə Paşayeva "Yeni Nəsil Azərbaycan Gəncliyi" İctimai birliyinin təsis etdiyi "Türk millətinin xidmətçiləri" mükafatına layiq görülüb.
Q.Paşayeva mükafatı türk dünyasına göstərilən xidmətlərinə və türk dünyasını tanıtmaq istiqamətində fəaliyyətinə görə alıb.

Mükafatlanma mərasimində çıxışı zamanı millət vəkil Q.Paşayeva, ölkəmizin müstəqilliyini yeni əldə etməsinə baxmayaraq, Azərbaycanın türk dövlətlərinin və xalqlarının bir-birinə yaxınlaşması, birliyi istiqamətində böyük işlər gördüyünü deyib.

Ölkə başçısının bu istiqamətdə göstərdiyi böyük işlərdən danışan millət vəkili, vurğulayıb ki, məhs bu siyasət nəticəsidir ki, TÜRKPA katibliyi Azərbaycanda fəaliyyət göstərir, Azərbaycan rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda türk dövlətlərinin başçılarının zirvə toplantıları, türk xalqlarının qurultayı, dünyada yaşayan bütün türk diaspor təşkilatlarının böyük forum və toplantıları keçirilir.

Millət vəkili vurğulayıb ki,  prezidentinn bu istiqamətdə fəaliyyəti hər bir Azərbaycan gənci üçün örnəkdir və bizim gənclərimiz türk dünyasının həmrəyliyi və birliyi istiqamətində əlindən gələni etməlidir.

"Güc birlikdədir" deyən millət vəkili, qeyd edib ki, türk dövlətlərinin və xalqlarının hər zaman bir-birinin yanında olması və bir-birinə dəstək verməsi çox önəmli bir məsələdir.

Qənirə Paşayeva Azərbaycan qadınının, Türk qadınının keçmişdə də bu gündə də millətimizin inkişafı və dünyada yüksək səviyyədə təqdim edilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın bir Azərbaycan qadını olaraq, Türk qadınlarını bütün dünyada yüksək səviyyədə təmsil etdiyini deyən millət vəkili, onun fəaliyyətinin gənc qızlarımız və qadınlarımız üçün böyük örnək olduğunu vurğulayıb.

Q.Paşayeva deyib ki, gənclərimiz həm Azərbaycanın inkişafı üçün, həm də Türk dünyasının inkişafı və birliyi üçün yorulmadan çalışmalıdır. O, gəncləri  türk dünyasının böyük aydınları İsmail bəy Qaspirallı, Əli bəy Hüseynzadə, Ziya Göyalp və digərlərinin yazıb yaraddıqlarını oxumağa və öyrənməyə, tariximizə daha da möhkəm sahib çıxmağa çağırıb.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir