Modern.az

Yapon uzunömürlülüyünün sirri - 4 STƏKAN SUYUN MÖCÜZƏSİ

Yapon uzunömürlülüyünün sirri - 4 STƏKAN SUYUN MÖCÜZƏSİ

Mədəni̇yyət

26 May 2015, 21:27


Yaponlar əldə etdikləri uğurlardan daha çox uzunömürlü olmaqları ilə öyünürlər. Statistik göstəricilər və Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada ən uzunömürlü xalq yaponlardır. Maraqlıdır, yapon uzunömürlülüyünün sirri nədədir?

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Yaponiya Tibb Assosiasiyası uzunömürlülüyün sirləri haqqında maraqlı açıqlama veriblər. Mütəxəssislər qeyd ediblər ki, uzunömürlü olmaq üçün heç də böyük vaxt və böyük vəsait sərf etmək lazım deyil. Çox sadə və hər bir kəs üçün əlcatan olan bir üsulla uzunömürlülüyə nail olmaq mümükündür.

1. Səhər yuxudan oyanan kimi 4 stəkan təmiz su için. Bu, orqanizmin tam təmizlənməsi üçün lazımdır.

2. Suyu içdikdən sonra 45 dəqiqə heç bir qida və maye qəbul etməyin.

3. 45 dəqiqədən sonra səhər yeməyini yemək olar. Çalışmaq lazımdır ki, səhər yeməyində qida rasionuna tərəvəz və yağlılıq dərəcəsi az olan ağartı məhsulları, sıyıqlar daxil edilsin.

4. Səhər yeməyindən sonra 2 saat ərzində qida və maye qəbul etməyin.

Səhərlər acqarnına 4 stəkan su içdikdən sonra orqanizminizdə nələri müşahidə edəcəksiniz?

1. Hətta tam sağlam insanlar belə özlərini daha gümrah hiss edəcəklər.

2. 30 gündən sonra kim yüksək qan təzyiqindən əziyyət çəkirsə bu problemi yaddan çıxaracaq.

3. Şəkərli diabetlər bir aydan sonra inanılmaz müsbət dəyişikliklərin şahidi olacaqlar.

4. 10 gün ərzində qastritlə bağlı bütün narahatlıqlar arxada qalacaq.

5. Orqanizm sürətlə toksin və şlaklardan təmizlənəcək.

6. Puh düşkünlüyü olanların, bədbinliyə qapılanların həyat eşqi bərpa olunacaq.

Yaponların bu cür su terapeyasının heç bir əks göstəricisi yoxdur. Əgər səhərlər 4 stəkan suyu içmək çətinlik yaradırsa, buna qismən nail olmaq lazımdır. Yəni hər növbəti gün suyun miqdarını artırmaqla.

Göründüyü kimi çox sadə bir üsuldur və hamının evində lazımi qədər su var. Yəni sağlamlığın qayğısına qalmaq üçün tənbəllikdən başqa heç bir bəhanə qalmır.

Sağlamlığınızın qayğısına su ilə qalın ki, ömrünüz su qədər uzun olsun.

İlham Cəmiloğlu 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir