Modern.az

Hindistanlılar istidən qırılırlar: ölənlərin sayı 800-ə çatır - FOTOLAR

Hindistanlılar istidən qırılırlar: ölənlərin sayı 800-ə çatır - FOTOLAR

26 May 2015, 21:30

Hindistanın cənubundakı iki əyalətdə havanın hərarətinin 47 dərəcəni keçməsi səbəbindən 765 nəfər həyatını itirib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Hindistan Fəlakəti İdarəetmə Qurumu rəsmiləri 15 mayda başlayan isti hava dalğası səbəbindən Andhra Pradesh ştatında 550, Telangana əyalətində 215 nəfərin öldüyünü açıqlayıb.

Andhra Pradesh əyalət rəhbərliyi xalqa 11.00-16.00 saatları arasında çölə çıxmamaları haqda xəbərdarlıq edib. Əyalətin baş naziri Chandrababu Naidu isti hava dalğası səbəbiylə həyatını itirənlərin ailələrinə 1570 dollar təzminat ödənəcəyini açıqlayıb. Hindistan Meteorologiya Qurumu, bu iki əyalətdə temperaturların bu gün 29 ilə 41 dərəcə arasında olacağını, cümə gecəsi bölgədə yağış gözlənildiyi proqnozunu verib.

Digər tərəfdən, paytaxt Yeni Dehlidə havanın temperaturunun dünən 45,5 dərəcəyə çıxdığı bildirilib. May ayının ölkənin böyük hissəsində isti keçdiyi məlumdur. Hindistan Meteorologiya Qurumu rəsmiləri, Pakistanın cənubundan gələn günbatısı küləklərinin bu istiləri daha da artırdığını bildirib.









Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir