Modern.az

Ölkəmizi ekoloji təhlükədən necə qorumalı?

Ölkəmizi ekoloji təhlükədən necə qorumalı?

Qarabağ

29 Sentyabr 2010, 11:39

Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi (TBƏİB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Ətraf mühitin mühafizəsinə dair məktəblilər arasında maarifləndirmə işinin təşkili” layihəsi başa çatıb. Bu barədə məlumat verən layihənin direktoru Tural Məmmədov qeyd edib ki, layihədən ümumilikdə 250-yə yaxın məktəbli faydalanıb.

“Layihənin ikinci mərhələsində təqribən 60-dan artıq şagirdi ətraf mühit problemləri ətrafında aparılan diskussiya və seminarlara cəlb etməklə, onlarda ilkin təsəvvürlərin möhkəmlənməsinə çalışdıq” deyən T.Məmmədov bildirib ki, Sumqayıt şəhər Z.Hacıyev adına 17 N-li orta məktəbdə keçirilən müzakirə və treninqlərdə şagirdlər xeyli dərəcədə aktivlik nümayiş etdiriblər.

Təlimlər zamanı “Ölkəmizi ekoloji təhlükədən necə qorumalı?” və “Ətraf mühitlə hansı formada davranılmalı?” mövzularında müzakirə və debatlar təşkil olunub, həmçinin “Planetimizin yarandığı gündən indiyədək ekoloji durumu”, “Elmi-texniki tərəqqinin ətraf mühitə vurduğu ziyanlar” və “Azərbaycanda ekoloji vəziyyət və bu istiqamətdə görülmüş işlər” adlı mühazirələr oxunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir