Modern.az

Amerikadakı “Qarabağ” Fondu Vaşinqton meriyasına müraciət edib

Amerikadakı “Qarabağ” Fondu Vaşinqton meriyasına müraciət edib

29 Sentyabr 2010, 12:48

Sentyabrın 30-da S.Bəhlulzadə adına mərkəzi sərgi salonunda ABŞ-da fəaliyyət göstərən “Qarabağ” Fondu Azərbaycanda ilk tədbirini keçirəcək. Modern.az-ın məlumatına görə, Qarabağ Fondu gənc rəssam Həlimə Əsgərovanın “Mənim Şuşam” adlı rəsm sərgisini Bakıda və ABŞ-ın Vaşinqton şəhərində təşkil etməyi planlaşdırır. Bakıda keçiriləcək sərgiyə dövlət, ictimai, incəsənət və mədəniyyət xadimləri, ölkəmizdəki xarici səfirliklərin diplomatları və “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın nümayəndələri dəvət olunublar. Bu silsilədən olan ikinci sərgi isə 2011-ci ilin noyabr ayında Vaşinqton şəhərində keçiriləcək. 

“Qarabağ” Fondu Vaşinqton şəhərinin meriyasına 2011-ci ilin mart ayının Azərbaycan Mədəniyyəti ayı elan olunması üçün müraciət edib və səpkidə danışıqlar davam etdirilir.  Oktyabr ayında Fond Qarabağ bölgəsinin mətbəxinə dair kulinariya kitabının çapını və təqdimatını planlaşdırır.

Xatırladaq ki, Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökümət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna sahibdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir