Ukrayna prezidenti Pyotr Poroşenkoya inauqurasiya günü – iyunun 7-də sui-qəsd hazırlanıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ukrayna dövlət mühafizəsinin rəhbəri Valeri Qeleteya məlumat verib. Onun sözlərinə görə, prezidentin kortejinin hərəkət yolunda içərisində partlayıcı maddə olan vedrə tapılıb. Bombalı vedrə kortejin hərəkət etdiyi istiqamətdə - Prezident Administrasiyasının hasarına yerləşdilibmiş. O, mobil telefonun siqnalı ilə partladılacaqdı.
Poroşenkonu təsadüf xilas edib. Mühafizəçilər vedrəni həmin yerə asmaq istəyən naməlum şəxsin sifarişi yerinə yetirərkən baş verən səsi eşidiblər. Bundan sonra mühafizəçilər ərazidə yoxlama aparanda bombalı vedrəni aşkarlayıblar.
Pyotr Poroşenko 2014-cü il iyunun 7-də and içib.
Modern.az