Modern.az

Ermənistanda işsizlik kəskin artıb

Ermənistanda işsizlik kəskin artıb

Dünya

30 May 2015, 13:35

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə işsizlərin sayı ciddi şəkildə artıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu ilin ilk 4 ayında işsizliyin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 21 faiz çoxalıb. Beləliklə, yanvar ayında işsizlərin sayı 2014-cü ilin yanvarı ilə müqayisədə 19,5 faiz, fevralda 21,2, mart ayında 20,7, apreldə isə 21,7 faiz olub.

Məlumatda qeyd edilir ki, Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı 74 min nəfərdən çoxdur. Ermənistan Milli Statistika Xidmətinin digər məlumatına görə, bu ilin birinci rübündə ölkədə iqtisadi artım 2 faiz təşkil edib. Ancaq ekspertlər bunun nonsens adlandırırlar. Onların fikrincə, işsizliyin səviyyəsi 21 faiz olan ölkədə iqtisadi artımın 2,2 faiz olması olduqca qeyri-ciddi iddiadır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir