Modern.az

Yeni partiya yaradan deputat hakimiyyəti dəyişməyə iddialıdır

Yeni partiya yaradan deputat hakimiyyəti dəyişməyə iddialıdır

Dünya

30 May 2015, 14:35


Ermənistanda “Vətəndaş müqaviləsi” birliyi adlı partiya olacaq. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bunu mayın 30-da keçirilən birliyin qurultayında idarə şurasının üzvü, parlamentin müxalifətçi deputatı Nikol Paşinyan bəyan edib: “Biz dərhal demirik ki, hakimiyyəti dəyişməyə gedirik. Əvvəlcə başa düşmək istəyirik ki, hakimiyyəti indiyə qədər dəyişmək cəhdləri niyə iflasa uğrayıb. Bunu aydınlaşdırandan sonra hakimiyyət dəyişikliyinə nail olmağa çalışacağıq. Ölkədə dəyişiklik üçün ilk növbədə müxalifət institutu yaradılmalıdır. Biz məhz bunu edəcəyik”. 

O qeyd edib ki, partiyası həm dövlət, həm də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə iştirak edəcək: “Biz seçkilərdə çoxlu səs toplayacağıq və prezident postunu kürsü naminə yox, ölkədə ciddi dəyişikliklər həyata keçirmək, ölkə əhalisinin sayını yaxın 20 ildə artırmaq, iqtisadi inkişafa nail olmaq üçün tutacağıq”.

Paşinyan qeyd edib ki, onların strateji proqramlarını reallaşdırmaq üçün görünməmiş konsolidasiya lazımdır. O, bu məqsədlə erməniləri onların mübarizəsinə qoşulmağa çağırıb: “Bizim strukturda mərkəzdəki bir şəxs qərar qəbul etmir. Burada ən başlıcası super liderlikdir və kollegial prinsiplərlə idarəçilikdir”.

Onun sözlərinə görə, tezliklə Ermənistanda erməni xalqını məğlubiyyətə aparan yox, çox güclü, özünə güvənən müxalifət olacaq,

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?