Modern.az

ABŞ-ın vitse-prezidentinin 46 yaşlı oğlu öldü – FOTO

ABŞ-ın vitse-prezidentinin 46 yaşlı oğlu öldü – FOTO

Dünya

31 May 2015, 12:15

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin oğlu Bo Bayden 46 yaşında vəfat edib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Bo Baydenin ölümünə səbəb beyin xərçəngidir.  

Məlumatı isə Ağ Evin mətbuat xidməti vitse-prezident Cozef Baydenin adından yayıb. Cozef Bayden bildirib:

“Mən oğlumuzun öldüyünü elan edirəm. O, beyin xərçəngi ilə həyatının hər günündə olduğu kimi mərdliklə mübarizə aparırdı”.  

Qeyd edək ki, Bo Bayden 2010-cu ildə insult keçirib.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı