Modern.az

Futbolçu qol vurub infarktdan öldü

Futbolçu qol vurub infarktdan öldü

31 May 2015, 17:19



Avstraliyanın Melburn şəhərinin şimalındakı stadionda keçirilən oyun zamanı “Northern Saints” komandasının ehtiyat kapitanı Muhamed Alluş oyun zamanı özünü pis edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 22 yaşlı idmançı rəqibin qapısına qol vurandan sonra ot örtüyünün üstünə yıxılıb. Təcili yardım maşını ilə xəstəxanaya aparılan futbolçu bir qədər sonra dünyasını dəyişib.

Tibbi rəyə görə, Alluşun yaşının az olmasına baxmayaraq, infarkt keçirib. Futbol klubunun rəhbəri Mayk Karusonun sözlərinə görə, komandanın bütün üzvləri bu hadisədən şoka düşüblər.

Karuso qeyd edib ki, 22 yaşlı Alluş bütün oyunçuların və məşqçi heyətinin sevimlisi və klubun həqiqi lideri idi.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!