Modern.az

Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına razılaşıb

Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasına razılaşıb

1 İyun 2015, 09:28

İsrailin baş naziri Binyamin Netanyahu Fələstin dövlətinin yaradılmasının mümkün olmasını bəyan edərək Fələstin tərəfini danışıqlara qayıtmağa çağırıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, Netanyahunun fikrincə, uzunmüddətli sülhə nail olmağın ən vacib şərti iki xalqın iki dövlət yaratması konsepsiyasıdır.

 “Bunun üçün ilk növbədə İsraili yəhudi dövləti hesab edən silahsızlaşdırılmış Fələstin dövləti qurulmalıdır. Təəssüf ki, Fələstin hökuməti danışıqlar prosesindən çıxıb”, - Netanyahu deyib.

Bu səbəbdən siyasətçi Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerdən xahiş edib ki, Fələstinin danışıqlar stoluna qayıtması üçün kömək etsin.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir