Modern.az

Prezident: “Saakaşvilinin Ukrayna vətəndaşlığını qəbul etməsi Gürcüstana təhqirdir”

Prezident: “Saakaşvilinin Ukrayna vətəndaşlığını qəbul etməsi Gürcüstana təhqirdir”

Dünya

1 İyun 2015, 12:10


Gürcüstan prezidenti Georgi Marqvelaşvili keçmiş dövlət başçısı Mixail Saakaşvilinin ölkə vətəndaşlığından imtinasını başa düşmədiyini deyib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, Saakaşvilinin bu addımına çox mənfi yanaşır: “Keçmiş prezident Gürcüstan vətəndaşlığından imtina etməməli idi. O, bununla ölkəni və prezident institutunu təhqir edib”.

Marqvelaşvilinin fikrincə, karyeradan daha vacib dəyər Gürcüstan vətəndaşlığıdır.

Mayın 30-da Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Odessa vilayətinin rəhbəri təyin olunması haqda fərman imzalayıb. O, Saakaşviliyə həm Ukrayna vətəndaşlığı verib.

Gürcüstan qanunvericiliyinə görə, başqa ölkənin vətəndaşlığını alan şəxs Gürcüstan vətəndaşlığını avtomatik olaraq itirir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?