Modern.az

Prezident məzuniyyətə çıxıb Türkiyəyə getdi

Prezident məzuniyyətə çıxıb Türkiyəyə getdi

1 İyun 2015, 12:55


Məzuniyyətə çıxan Qırğızıstan prezidenti Almazbek Atambaev Türkiyəyə gedib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Qırğızıstan dövləti rəhbərinin mətbuat katibliyinin nümayəndəsi deyib ki, iyunun 1-də Almazbek Atambaev qısamüddətli məzuniyyətdədir və onun bir hissəsinin ailəsi ilə birlikdə Türkiyədə keçirəcək.

Bundan əvvəlki illərdə Atambaev dəfələrlə Türkiyəyə istirahətə və müalicəyə gedib. Ötən il həkimlərin məsləhəti ilə Ankaradakı “Gülhanə” hərbi-tibb akademiyasında tibbi müayinədən keçib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir