Modern.az

Milli Şura növbəti mitinqini nə zaman keçirəcək? - AÇIQLAMA

Milli Şura növbəti mitinqini nə zaman keçirəcək? - AÇIQLAMA

Təhsil

1 İyun 2015, 16:20


Milli Şuranın I Avropa Oyunları ərəfəsində yenidən mitinq keçirmək məsələsini dəqiqləşməyib.

Modern.az saytına açıqlamasında AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı bildirib ki, bütün aksiyalar məsələsi öncədən müzakirə olunub qərar verilir:

“Hələlik oyunlar ərəfəsində yenidən mitinq keçirilməsi ilə bağlı müzakirə olmayıb. Bu səbəbdən indidən nəsə deyə bilmərəm”.

Mayın 30-da bir sıra müxalifət təşkilatları və ictimai fəalların birləşdiyi Milli Şura Bakıdakı “Məhsul” stadionunda icazəli mitinq keçirib.

Aksiyada “Xilas olaq!”, “Talana və yalana son!” şüarları səsləndirilib.  

Sevinc YASİNQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir