Modern.az

Müəllim məktəbli qızı evlənmək üçün oğurladı

Müəllim məktəbli qızı evlənmək üçün oğurladı

Təhsil

1 İyun 2015, 23:16


Qazaxıstanın Şimkənt vilayətində məktəbli qızı oğurlayan idman müəllimi saxlanılıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, vilayət prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, mayın 28-də 95 saylı orta məktəbin 25 yaşlı idman müəllimi 3 nəfər yardımçısı ilə  11-ci sinif şagirdini evlənmək məqsədilə oğurlayıb.

Qızın valideynlərinin müraciəti əsasında “adam oğurluğu” maddəsi ilə cinayət işi açılıb. Müəllim müvəqqəti saxlanma təcridxanasına salınıb.

Ona bu əməldə yardımçı olanların şəxsiyyətləri müəyyənləşdirilir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir