Modern.az

458 adamı daşıyan gəmi batdı

458 adamı daşıyan gəmi batdı

Təhsil

2 İyun 2015, 09:44


Çində 458 adamı daşıyan gəminin çayda batdığı bildirilir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, batan gəmidən bu ana qədər 10 adamın qurtarıldığı açıqlanıb.

Xəbərdə qeyd edilir ki, ölkənin mərkəzindəki Hubey əyalətində  olan Yangtze çayında 458 adamı daşıyan Dongfangcışing (Şərq Ulduzu) adlı  sərnişin gəmisinin batdığı və bu ana qədər aralarında gəmi kapitanı və baş mühəndisin olduğu 10 adam qurtarılıb.

Kapitan və baş mühəndis gəminin qasırğaya düşməsindən qısa müddət sonra batdığını söyləyib. Ölkənin baş naziri Li Kıçiangın  hadisə yerinə gedib. Digər məlumata görə, gəmi ölkənin şərqində yerləşən Ciangsu əyalətinin  paytaxtı Nancingdən cənub-qərbdə olan Çongçing şəhərinə gedirmiş. Bölgəyə mindən çox axtarış-xilasetmə qrupunun sövq edildiyi bildirilir, şiddətli külək və yağışın xilasetmə işlərini çətinləşdirdiyi də qeyd edilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə