Modern.az

Zlatan İbrahimoviç Bakıya 3 çamadanla gəlib

Zlatan İbrahimoviç Bakıya 3 çamadanla gəlib

Dünya

2 İyun 2015, 23:02



İsveç millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Zlatan İbrahimović İstanbul aeroportunda Türkiyənin «Milliyet» qəzetinə açıqlama verib.

““Qalatasaray”a gələcəksizmi” sualına İbrahimović “Xeyr, gəlmirəm. İstanbula Azərbaycana getmək üçün gəldim. Qolf oynamağa gedirəm” deyib.

PSJ-dən ayrılacağı barədə söz-söhbətlər haqda isə deyib ki, gələn mövsüm üçün plan hazırlamayıb.

Qəzet İbrahimoviçin Bakıya 3 çamadanla getdiyini də yazıb.

“Azadlıq” radiosunun məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov iyunun 2-də keçirdiyi brifinqdə İbrahimoviçin Azərbaycana gəlməsi haqqında da danışıb. Elxan Məmmədov deyib ki, AFFA-da isveçli ulduzun Azərbaycana gəlməsi haqqında məlumat olmayıb:

“Xəbərimiz olsaydı, bundan istifadə edib hansısa tədbir və ya layihə təşkil edərdik. Onu da nəzərə alaq ki, Bakı şəhəri Avropanın idman mərkəzinə çevrilib. Artıq normal haldır ki, hansısa futbol ulduzu Azərbaycana gəlib. Kimsə dincəlməyə, kimsə öz dostlarını görməyə, kimsə iş üçün gəlir”.

Elxan Məmmədov bildirib ki, növbəti illərdə daha çox ulduz Bakıya təşrif buyuracaq:

“Bildiyim qədər, Zlatan İbrahimoviç 2-3 günlük dincəlməyə gəlib. Ona görə də, təzyiq altına qoymaq bir qədər düzgün olmaz”. 

futbolinfo.az saytı Zlatan Ibrahimoviçin Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubunun  rəhbərləri Faiq Babanlı və Asif İlyasovun dəvəti ilə gəldiyini yazır.

Sayt 33 yaşlı ulduz futbolçunun Şamaxıda kabab süfrəsi arxasında fotosunu da yayıb. 

Şamaxıdan sonra İbrahimoviç Qəbələyə gedəcək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür