Modern.az

Yozef Blatter FİFA-nın prezidentiliyindən istefa verib

Yozef Blatter FİFA-nın prezidentiliyindən istefa verib

2 İyun 2015, 23:07


Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter bu gün axşam Sürixdə keçirilən mətbuat konfransında öz istefasını elan edib.

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıblar.

Ötən həftə FİFA-nın bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs olunmuşdu. Onlara qarşı korrupsiya, pulların yuyulması, həmçinin marketinq və yayım sövdələşmələri bağlanılmasında fırıldaqçılıq ittihamları irəli sürülmüşdü. Həbslər FİFA rəhbərinin növbəti seçkilərinə iki gün qalmış aparılmışdı. Buna baxmayaraq, Yozef Blatter beşinci dəfə FİFA-nın prezidenti seçilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!