Modern.az

Ançelotti “Milan”a baş məşqçilikdən imtina etdi

Ançelotti “Milan”a baş məşqçilikdən imtina etdi

Təhsil

3 İyun 2015, 11:56


Madrid “Real”ından ayrılan Karlo Ançelotti 2002-2009-cu illərdə çalışdırdığı İtaliyanın “Milan” komandasına baş məşqçi təklifinə razılaşmayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Milan klubu 55 yaşlı mütəxəssisə yüksək əmək haqqı və transferlərin reallaşdırılması üçün böyük məbləğ təklif edib.

“Mənimlə maraqlandığına görə “Milan”a minnətdaram. Sevimli komandama “yox” demək çətindir, ancaq mənə istirahət lazımdır. “Milan”a ən yaxşısını arzulayıram”, - Ançelotti özünün Twitter səhifəsində yazıb.

İtaliyalı mütəxəssis bundan əvvəl deyib ki, əməliyyat olunmalıdır və buna görə məşqçilik karyerasına bir il fasilə verəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat