Modern.az

“Ermənistan Suriyaya qarşı da soyqırımı iddiası irəli sürəcək”

“Ermənistan Suriyaya qarşı da soyqırımı iddiası irəli sürəcək”

Təhsil

3 İyun 2015, 12:48


“Uzun sürən geosiyasi proseslər davam etməkdədir. Ermənilərin Suriyadan Ermənistana, oradan da Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi iki əsrdən çox həyata keçirilən məkrli prosesin davamıdır”.

Modern.az saytının verdiyi xəbərə görə bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün twitter hesabında yazıb.

PA rəsmisinin bildirdiyinə görə maraqlı odur ki, ermənilər başqa xalqların qoltuğu altında yaşamağı sevsələr də, zaman-zaman onları Azərbaycan ərazilərinə köçürürlər.  

“Yəqin ki, bir neçə onillikdən sonra Ermənistan Suriyaya qarşı da soyqırımı iddiasını irəli sürəcək”,-deyə Novruz Məmmədov əlavə edib.

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat