Modern.az

İŞİD 50-dən çox türkməni məhv edib

İŞİD 50-dən çox türkməni məhv edib

3 İyun 2015, 14:39



İraqın Samarra şəhərində dünən reallaşdırılan intihar hücumunda həyatını itirən 50-dən çox adamın hamısının, İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə döyüşmək üçün federal polisə qatılan Telaferli Türkmən polislər olduğu aydınlaşıb.

Modern.az
-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə əs-Sirsar bölgəsində qeydə alınıb. İŞİD-lə döyüşmək üçün federal polislər kimi Samarrada çalışan Telaferli polisləri hədəf alan bomba yüklü tankdan istifadə edilən terror hücumunda 50-dən çox türkmən ölüb, 100-ə yaxını da yaralanıb.

Terror hücumunda həyatını itirən türkmənlər Kərbəlada təşkil edilən cənazə mərasiminin ardından dəfn ediliblər. İraq Türkmən Cəbhəsi Telafer ikinci büro məsulu Kasım Kara türkmənlərin də digər millətlər kimi terrorla mübarizə etdiyini bəyan edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?