Modern.az

Milli Düşüncə Sistemi: Türklük, İslamlıq və İnsanlıq

Milli Düşüncə Sistemi: Türklük, İslamlıq və İnsanlıq

Ədəbi̇yyat

3 İyun 2015, 15:34

II Yazı

Ötən əsrin əvvəllərində Türkçülük və İslamçılığı müdafiə edənlər beynəlmiləl-qlobal ideyaların milli ideyaların üzərində təsirini azaltmaq üçün islamçılıq və türkçülükdəki müasirlik ruhunu önə çəkirdilər. Bu mənada, onlar islamçılıq və türkçülüyə müasirləşməyi də əlavə etmişdilər. Bu müasirlik ilk baxışda, Qərb mədəniyyəti ilə əlaqələndirilsə də, əsas məqsəd türkçülük və islamçılığın çağdaş ruhunu qabartmaq idi. Bu baxımdan türkçülük və islamçılıqdan çıxış edən aydınlarımızın «Avropa qiyafəli», «Qərb mədəniyyətindənəm» ifadələri müasir ruhlu türkçülük və islamçılıq mülahizəsi ilə səsləşdirilir, bununla da bir növ qloballaşma ideyalarını zərərsizləşdirmək məqsədi güdürdü. Çünki 20-ci əsrin əvvəllərində hazırda olduğu kimi, qərbləşmək, liberalizm, sosial-demokratizm ideyaları geniş yayılmışdı. Bu beynləmiləl ideyaların bir növ «zərərsizləşdiril­məsi» üçün milli ideoloqlarımız islamçılıq və türkçülüyün cağdaşlıq ruhunu qabartmağa çalışmışlar. Fikrimizcə, onlar bunu, yəni milli ideyalarla beynləmiləl ideyaları birincinin üstünlüyü şəklində uzlaşdırmaq yolunda çox uğurlu işlər həyata keçirmişlər. Məhz bu cür xəttin tutulmasının nəticəsi  olaraq türk-islam dünyasında ilk milli demokratik dövlət olan Azərbaycan Cümhuriyyəti yaranmışdır.

XX əsrin əvvəllərində olduğu kimi, hazırda da beynəlmiləl ideyalara, qloballaşma proseslərinə milli ideoloqların tutduğu xəttdən yanaşmaq, ancaq zamanın tələblərinə uyğun şəkildə hərəkət etmək lazımdır. Bu gün demokratiya, qloballaşma, tolearantlıq, çoxmədəniyyətlilik Qərb sivilizasiyasının ömürünü uzatmaq üçün vasitələrdir. Bu vasitələrlə Qərb sivilizasiyası öz tör-töküntülərini, digər sivilizasiyalara, o cümlədən İslam-Türk  sivilizasiyasına sırımağa çalışır. Əslində Qərb sivilizasiyası yeni imperializmin təzahürü olduğu üçün, həmin nəzəriyyələr də onu həyata keçirməyin vasitələridir. Qərb sivilizasiyası adlı yeni imperializm ondan kənarda qalan sivilizasiyaları, mədəniyyətləri ancaq Qərb sivilizasiyası fonunda düşünməyə və yaşamağa sürükləyir. Başqa sözlə, onlar demək istəyirlər: Qərbin yolu ilə get, qərbli ol, amma unutma ki, sənin böyüyün, başbilənin, yolgöstərənin avropalılardır, qərblilərdir. Bu isə o analama gəlir ki, qeyri-Qərb sivilizasiyaları Qərbin yolu ilə getdikcə yeni sivilizasiyalar ortaya çıxmayacaq.

Bu baxımdan Türk-Müsəlman dünyasının 21-ci əsrdə  əsas ideya istiqamətləri belə olmalıdır: Türklük, İslamlıq və İnsanlıq …

Türklük özündə İslam dinini və İnsanlığı birləşdirn bir ülküdür. Əslində Türklük özü də bir dindir. Türklük bir din olmaqla yanaşı mədəniyyətdir, qardaşlıqdır, sevgidir, insanlıqdır, müsəlmanlıqdır, xeyirxahlıqdir, ədalətdir.

Türklüyüyn əsil mahiyyətindən bizi çox uzaqlaşdırıblar...Bizlərin borcu Türklüyün insanlıq, ədalət, sevgi, birlik və bərabərlik oldugunu yenidən ortaya qoymaqdır.

Türklük İslam dini yaranana qədər də, onunla bütövləşdiyi dönəmdə də bir din kimi mövcud olmuşdur. Belə ki, Türk və türklük Göydə Tanrı, Yerdə İnsan oğlunun bir vəhdəti demək idi. Bu anlamda Türk demək, İnsan və insanlıq anlamını ifadə etmişdir. İslam dini də eyni mahiyyət daşıdığı üçün Türklük və İslamlıq birbirini tamamlamışdır.



Hər halda İslam dinini qəbul edən türklər burada da İnsan və Tanrı ideyasının bütövlüyünü, vəhdətini görmüşlər. Çünki İslam dini də sırf İnsana və İnsanlığa bağlı bir dindir. Türklər İslam dinində də Türklük də oldugu kimi, İnsan və Allahın bütövlüyünü, İnsanlığın ön planda olmasını görmüş və onu qəbul etmişlər. Bu anlamda Türklər özlərini, istər milli, istərsə də dini anlamda Türklə, yanaşı müsəlman olaraq da göstərməkdə heş bir problem görməmişlər. Ən azı ona görə ki, Türklər üçün Türklük də, Müsəlmanlıq İnsanlıq deməkdir. Sadəcə, Türklər öncə bunu din anlamında Tenqriçilik-Tanrıçılıq, daha sonra da Müsəlmançılıq dini kimi dəyərləndirmişdir. Türk Tanrçılığı Tanrı-İnsan kimi anladığı üçün,  İslam dininə də Allah-İnsan qavramında baxmışdır.

Türklük müsəlmanlıq dedikdə, ilk növbədə Tanrıya tapınmanı nəzərdə tuturam. Tanrıçılıq da müsəlmanlıqdır, müsəlmanlıq da tanrıçılıqdır....Türklüyün və Müsəlmançılığın bir-birinə zidd olması fikri Qərbə-Batıya məxsusdur. Yəni, Batı dediyimiz İngilis-amerika-yəhudi sistemi türklüyü və müsəlmanlığı bibirindən ayırıb, ayrı-ayrılıqda məhv etmək istəyir..Buna yol vermək olmaz....

Müsəlmanlıq dediyin ərəblə baglı deyil..Bizə ərəblərin adət-ənənəsi lazim deyil.. Amma Quranda İnsanlıq fəlsəfəsi var...Bizə İnsanliq lazımdır...Kim İnsanliq ugrunda mübarizə aparırsa, dinindən və irqindən asılı olmayaraq dogru yoldadır... İnsanliqə isə İslamin ruhudur...

Çox yazıqlar olsun ki, 18-ci əsrin conu, 19-cu əsrin əvvəllərindən  başlayaraq Türklük-Müsəlmanlıq və İnsanlıq ülküsü Qərbin, daha doğrusu İngilis-Amerikan-Yəhudi sisteminin ideyaları qarşısında yenilməyə başladı. Qərblilər İnsanlıq olan Türkçülüyü irqçilik, Müsəlmanlığı radikalizm-terroroçuluq adlandırmağa başladılar. Beləliklə, hazırda türkçülüyün irqçilik, müsəlmanlığın terrorçuluq olmamasını müdafiə etmək zorunda qalmışıq. Halbuki bizim işimiz bu olmamalıdır. Bizim işimiz Allah-İnsan vəhdətini, yəni insanlıq fəlsəfəsini dünyada bərqərar etməkdir. Amma bu gün İnsanlıq deyilən nə varsa hamısını Qərb, yəni ingilis-amerikam-yəhidi sistemi üstlənmişdir. Türk-Müsəlman dünyası isə bunun fonunda yalnız türklüyün və islamlığın insanlığa zidd olmadığını müdafiə etməklə yetinir. Bizcə, bu bütün hallarda yaxşı hal deyildir. Bizlər yenidən, insanlıq vəzifəsini, missiyasını çiyinlərimiz üzərinə götürməli, Qərbin maddiyyatçı «insanlıq» fəlsəfəsinə qarşı, Türk-Müsəlman dünyasının mənəvi insanlıq fəlsəfəsini irəli sürməliyik.

Bəs nə etməliyik?

Bu gün Türk gəncliyinin qarşısında İnsanlıq və Müsəlmanlıq naminə, ilk növbədə ə etməliyik?Vətən torpaqlarını bütünləşdərmək yolunda şərəfli bir missiya dayanır.  Təxminən 2 əsr bundan öncə Azərbaycan torpaqlarının bir hissəsinin Çar Rusiyası tərəfindən işğal olunmasından sonra yalnız Qacarlar dövləti deyil, bütövlükdə Türk Dünyası, Turan ülküsü ciddi bi zədə almışdır. Çünki Azərbaycanın bütövlüyünə dəyən zərbə bir tərəfdən Qacarların türklük şüurunu mənfi cəhətdən zədələmiş və sonucda onun 1925-ci ildə devrilməsinə nədən olmuşdursa, digər tərəfdən Xristian dünyasının Turanın böyük bir hissəsində ağalığına gətirib çıxarmışdır. Bunun tək anlamı odur ki,  Azərbaycanın parçalanması yalnız Azərbaycan türklüyünün deyil, Türklüyün və Turançılığın ciddi zərbə almasına səbəb olmuşdur.

Azərbaycan türkləri Turançılıq yolunda boyunlarına düşən yükü yaxşıca dərk etməli idilər ki, daima Çar Rusiyasına və Qərb dünyasına qarşı savaş vermişlər. Aramsız aparılan savaşın sonucu olaraq Çar Rusiyasının süqutundan sonra Azərbaycanın şimal hissəsində böyük ideoloq və dövlət adamı Məhəmməd Əmin Rəsulzadənin başçılığıyla  müstəqil Azərbaycan Cümhuriyyəti qurulmuşdu. Əslində bu kiçik Türk dövlətinə Azərbaycan adının verilməsi bir tərəfdən varisliyi davam etdirmək idisə, digər tərəfdən gələcəkdə Azərbaycanın bütövləşməsinə zəmin hazırlamaq idi. Yəni Milli Azərbaycan ideyasının mahiyyətində Azərbaycanın bütövlüyünə nail olmaqla, Türklük və Turançılıq yolunda yeni bir mərhələyə daxil olmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Bunu Azərbaycanın və Turanın düşmənləri yaxşı anlamaları idilər ki, 70 il Azərbaycan Cümhuriyyətinin müstəqil olaraq yaşamalarına imkan vermədilər. Amma Rəsulzadənin dediyi kimi, «Bir kərə yüksələn bayraq bir daha enməz» prinsipiylə yenidən azadlığına qovuşan Quzey Azərbaycan Güney Azərbaycan üçün də bir stimul rolunu oynamaqdadır. Bütöv Azərbaycan Ocaqlarının (BAO) qarşısında duran əsas hədəf də öncə Azərbaycanı bütövləşdirmək, daha sonra Turana-Türk Birliyinə nail olmaqdır.

Türklük-tenqriçilk insanlıqdır!
İslamlıq-müsəlmanlıq insanlıqdır!
Tanrıçılıq müsəlmanlıqdır!
İnsanlıq türklük, müsəlmanlıqdır!

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir