Modern.az

İddia: “Bəşər Əsəd İŞİD-ə kömək edir”

İddia: “Bəşər Əsəd İŞİD-ə kömək edir”

Dünya

3 İyun 2015, 16:57


Kobanidə ağır məğlubiyyətə uğrayan İraq Şam İslam Dövlət (İŞİD) terror qruplaşması son dövrdə İraqda Ramadi və Suriyada Palmira şəhərini ələ keçirib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, İŞİD-in indiki hədəfi isə Hələbdir.

ABŞ-ın Xarici İşlər Nazirliyi Hələbin şimalını ələ keçirməyə çalışan İŞİD-ə Bəşər Əsəd rejiminin kömək etdiyini iddia edib. İddiaya görə, İŞİD-in irəliləməsi üçün Suriya ordusu hava hücumları təşkil edir.

Fransanın paytaxtı Parisdə 20 ölkənin nümayəndələrinin iştirakı ilə İŞİD-ə qarşı mübarizə müzakirə edilir. Parisdə İŞİD-lə mübarizə müzakirələri davam edərkən, ABŞ-ın Xarici İşlər Nazirliyi tərəfindən yeni bir iddia ortaya atılıb. Adıçəkilən nazirliyin yaydığı hesabata görə, Suriyada Əsəd rejiminə bağlı ordu Hələbin şimalına yerləşməsi üçün İŞİD yaraqlılarına kömək edir.

Digər xəbərə görə, İŞİD yaraqlılarının Hələbə irəliləyişini asanlaşdırmaq üçün üçün Suriya ordusuna bağlı döyüş təyyarələri suriyalı müxaliflərin mövqelərini bombalayır. Suriya dövlət başçısı Bəşər Əsədin terrorla mübarizədə qanuniliyini itirdiyi vurğulanan hesabatda, Suriya rejiminin Suriya xalqına qarşı İŞİD-i dəstəklədiyi ifadə edilib.

Almaniyanın “Bild” qəzetinə İŞİD-in son dövrdə İraq və Suriyada qazandığı müvəffəqiyyətləri qiymətləndirən terror mütəxəssisi Bruno Schirra deyib: “İŞİD yenidən güc qazandı tezisi” doğru deyil, çünki İŞİD heç bir zaman güc itirmədi. Bölgədəki müstəqil qaynaqlar və jurnalistlərin xəbərləri diqqətə alındığında, İŞİD-in yeni hücumlar üçün güc topladığı açıqca görünür”.

Parisdə İŞİD-ə qarşı mübarizənin müzakirə olunduğu toplantıdan da bir nəticə çıxmayacağını iddia edən terror mütəxəssisi Bruno Schirranın fikrincə, İŞİD-lə təsirli bir mübarizə üçün bölgə ölkələrinin tam əməkdaşlığı lazımdır. Mövzunu siyasi və iqtisadi baxımdan da ələ almaq lazımdır”.

Terror mütəxəssisinə görə, havadan edilən əməliyyatlarla İŞİD-i geri çəkindirmək də mümkün deyil. O, İŞİD-i məğlubiyyətə uğratmanın tək yolunun quru əməliyyatından keçdiyini irəli sürüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır