Modern.az

Yanacaqdoldurma məntəqəsi partladı: 100-dən çox adam öldü

Yanacaqdoldurma məntəqəsi partladı: 100-dən çox adam öldü

4 İyun 2015, 13:55



Qananın paytaxtı Akkredə yanacaqdoldurma məntəqəsində baş verən partlayış 100 nəfərdən çox adamın ölümünə səbəb olub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şəhəri su basması səbəbindən yerli sakinlər həmin məntəqəyə sığınıblar. Leysan yağışları iyunun 3-də yerli vaxtla saat 17:30-da başlayıb və 21:30-a qədər davam edib.

4 milyon əhalisi olan şəhərin hazırda böyük hissəsi elektrik enerjisiz qalıb. Xilasedicilər həlak olanların meyitlərini yanacaqdoldurma məntəqəsindən çıxarırlar.

Faciə yerinə ölkə prezidenti Con Dramani Maham da gəlib. Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir