Modern.az

Xavi “Barselona” ilə vidalaşdı - FOTOLAR

Xavi “Barselona” ilə vidalaşdı - FOTOLAR

Dünya

4 İyun 2015, 14:45

“Kamp Nou” stadionunda Kataloniyanın “Barselona” klubunun 35 yaşlı kapitanı Xavi ilə vida mərasimi keçirilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İspaniya millisinin keçmiş yarımmüdafiəçisi “Barselona” ilə sonuncu oyunun iyunun 6-da Berlində, Çempionlar Liqasının finalında Turinin “Yuventus” klubuna qarşı keçirəcək:

“Mən komandanı Çempionlar Liqasının qalibi medalı ilə tərk etmək istərdim. Ümid edirəm ki, biz həmişəlik ayrılmırıq və gələcəkdə yenidən görüşəcəyik. Mən bura 25 il əvvəl gəlmişəm və hətta təsəvvür belə etməzdim ki, karyeram bu formada alınacaq. Mən “Barselona”ya çox minnətdaram və komandanın bir hissəsi olduğum üçün özümü xoşbəxt hiss edirəm”.  

Tədbirdə Xavinin klubdakı keçmiş və indiki partnyorları, dostları və qohumları, eləcə də “Barselona”nın prezidenti Xose Mariya Bartomeu da  iştirak ediblər.

“Kapitan, ortaq, dost. Gələn mövsümü bizim sənsiz başlayacağımızı təsəvvür etmək çətindir. Səninlə bir komandada oynamaq bizim üçün bir şərəf idi. Hər şeyə görə çox sağ ol”, - vida mərasimində İniyesta deyib.

Xavi növbəti mövsümdə Qətərin “Al-Sadd” klubunda çıxış edəcək.










Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!