Modern.az

Leyla Əliyeva - “Mənə özündən danış...”

Leyla Əliyeva - “Mənə özündən danış...”

Ədəbi̇yyat

4 İyun 2015, 22:17

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Mənə özündən danış...” adlı şeiri oxucuların ixtiyarına veririk.

Mənə özündən danış.
Nə danım,
             maraqlıdır
səninlə bağlı hər şey...
Hərdənbir ürəyimə
yalqızlıq çöksə belə... –
Xoşdur, çünki düzünü
tənhalıq söylər mənə...

Mənə təsəlli vermə!
Hər şey ötüb-gedəcək.
Şərab unutduracaq
Sıxıntımı, qəmimi...
Mey əzəcək qüssəni,
Əridəcək kədəri. –
Alov buz parçasını
suya çevirən təki...
Amma nə faydası var? –
Suya çevrilsə belə,
Qəm yenə həminkidir,
cismini dəyişsə də...

Mənə təsəlli vermə! –
mən heç nədən qorxmuram.
Bir də ki,
             təsəlliylə
qürur dost ola bilməz!..
Sükutun dili ilə
Tanrını çağırıram:
“Bizi bir-birimizdən
Ayırma, yalvarıram!”

Mənə özündən danış
lap qoy bircə söz olsun...
Səsini gecə-gündüz
eşidirəm, mən hər an...
Gözlərinsə hər şeydən
mənə əzizdir, əziz.
Çünki əksimi orda
ayna təki görürəm... –
Orda özüm özüməm.

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi