Modern.az

Ermənistanın xarici borcu təhlükəli həddə çatır

Ermənistanın xarici borcu təhlükəli həddə çatır

5 İyun 2015, 09:30



Son rəsmi məlumatlara görə, Ermənistanın ümumi borcu (daxili və xarici) bu il may ayının əvvəllərində 4 milyard 658 milyon 941 min dollara çatıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, bu məbləğin 3 milyard 968 milyon 774 min dolları dövlət borcudur.

Məlumatda qeyd edilir ki, bu ilin əvvəli ilə müqayisədə Ermənistanın dövlət borcu 217 milyon 417 min, xarici borcu isə 183 milyon 566 min dollar artıb. Beləliklə, bu ilin birinci rübündə Ermənistanın dövlət borcu ümumi daxili məhsulun 52, 8, xarici borcu isə 44, 9 faiz təşkil edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?