Modern.az

Prezident Poroşenko bir ilin hesabatını verir: “Təəssüf ki, Krımı qaytara bilmədik”

Prezident Poroşenko bir ilin hesabatını verir: “Təəssüf  ki, Krımı qaytara bilmədik”

5 İyun 2015, 15:04


Pyotr Poroşenko prezident olduğu bir ilin yekunları ilə bağlı böyük mətbuat konfransı keçirir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə,  dövlət başçısı islahatların sürətlənməsinin, o cümlədən məhkəmə sistemində, eləcə də prokurorluq orqanlarında və Daxili İşlər Nazirliyində köklü dəyişikliklərin vacib olduğunu qeyd edib.
Bir il müddətində Krımın Rusiyanın işğalından geri qaytarmağın mümkün olmadığına təəssüflənən Poroşenko deyib ki, bu məsələ ən yüksək vəzifələrdən biridir. Onun sözlərinə görə, Ukrayna Krımın qaytarılması üçün hər şeyi edəcək.
Arseni Yatsenyukun baş nazir vəzifəsindən uzaqlaşdırılması ilə bağlı səslənən fikirlərə gəldikdə, prezident deyib ki, buna indi heç bir ehtiyac yoxdur.
Pyotr Poroşenkonun Ukraynanın yeni prezidenti kimi unauqurasiya mərasimi 2014-cü il iyunun 7-də keçirilib.
 
Modern.az 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi