Modern.az

Tələbə qız İŞİD-ə sponsorluq etməkdə ittiham olunur

Tələbə qız İŞİD-ə sponsorluq etməkdə ittiham olunur

Təhsil

6 İyun 2015, 00:23


Həştərxanda ali məktəb tələbəsinə İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasını dəstəkləmək üstündə ittiham irəli sürürülüb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Dağıstanın Novokayaknet kənd sakini Saida Xalikova 2014-cü ilin dekabr ayında yaraqlıları dəstəklədiyi üçün saxlanılıb və Moskvada təcridxanada saxlanılır. Vəkili bildirib ki, o, terror fəaliyyətinə yardım etməkdə ittiham olunur.

Onun sözlərinə görə, tələbə qız xeyriyyə fondunun hesabına ehtiyacı olan müsəlman gənclərinə yardım adı ilə pul yığıb: “Müdafiə etdiyim şəxs saytın kimə məxsus olduğunu bilməyib, o, sabun sataraq 43 min rubl yığaraq onu hesablaşma hesabına köçürüb. Sonradan xəbər tutub ki, sayt qeyri-ənənəvi islam tərəfdarlarına məxsusdur və pullar İŞİD-in sponsorluğuna gedir”.

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir