Modern.az

“Sevilya”nın müdafiəçisi “Barselona” ya keçdi

“Sevilya”nın müdafiəçisi “Barselona” ya keçdi

Dünya

6 İyun 2015, 22:05



İspaniyanın “Sevilya” klibunun müdafiəçisi Aleyks Vidal karyerasını “Barselona”da davam etdirəcək. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 25 yaşlı futbolçu Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb. O, “Barselona”ya gələn həftə qoşulacaq. Transfer barədə rəsmi açıqlama Çempionlar Liqasının bu axşam keçiriləcək final oyunundan sonra veriləcək.

Vidal yeni klubunun heyətində bütün məşqlərə çıxacaq, ancaq oyunlarda FİFA-nın sanksiyasına görə 2016-cı ilin yanvar ayında iştirak edə biləcək.

Başa çatan İspaniya çempionatında Vidal 31 oyun keçirib, rəqiblərin qapısından 4 qol keçirib, 5 qol ötürməsi verib. O, “Sevilya”ya 2014-cü ildə “Almeriya”dan transfer olunub.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir