Modern.az

Qubada "Mercedes" dərəyə yuvarlandı - 2 nəfər öldü

Qubada "Mercedes" dərəyə yuvarlandı - 2 nəfər öldü

Təhsil

7 İyun 2015, 11:59


Modern.az
xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, ötən gecə Quba rayonu Təngəaltı kəndində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində sürücü və sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir