Modern.az

Bakıda 15 mərtəbəli binanın damına çıxan şəxs özünü atmaq istədi

Bakıda 15 mərtəbəli binanın damına çıxan şəxs özünü atmaq istədi

Təhsil

7 İyun 2015, 12:03



Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin intihar məqsədilə tikilməkdə olan 15 mərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:14-də başa çatıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir