Modern.az

Türkiyədə 96 qadın deputat seçildi - Öcalanın qardaşı qızı da mandat aldı

Türkiyədə 96 qadın deputat seçildi - Öcalanın qardaşı qızı da mandat aldı

Təhsil

8 İyun 2015, 10:03

Türkiyədə keçirilmiş dünənki parlament seçkilərinin nəticələrinə görə, Böyük Millət Məclisinə mandat qazanmış deputatlar sırasında 96 qadın da var.

Modern.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, hakim AKP-dən parlamentə 41 qadın millət vəkili seçilib. HDP-dən qadın vəkil sayı isə 31 nəfər olacaq.

CHP və MHP isə Məclisdə az sayda qadın deputatla təmsil oilunacaq. Belə ki, CHP-dən 20, MHP-dən isə cəmi  4 qadın vəkil seçilə bilib.

HDP-dən deputat seçilən qadınlardan biri hazırda həbsdə olan PKK terror təçkilatının lideri Abdulla Öcalanın qardaşı qızı Dilək Öcalan olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir