Modern.az

“Azərbaycan jurnalistikasının tarixi” kitabının təqdimatı keçirilib

“Azərbaycan jurnalistikasının tarixi” kitabının təqdimatı keçirilib

Ədəbi̇yyat

9 İyun 2015, 13:57



İyunun 9-da Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin mətbuat katibi Akif Təvəkküroğlunun və Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti (Azərbaycan üzrə) Qafar Əsgərzadənin “Azərbaycan jurnalistikasının tarixi” kitabının təqdimatı keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, kitab Azərbaycan jurnalistikasının 140 illiyinə həsr olunub. Azərbaycan mediasının Xalq Cümhuriyyətinin yaranmasında böyük rolu olub.

Əflatun Amaşov qeyd edib ki, kitabda müasir dövr qəzetçiliyi, mətbuatı haqqında geniş məlumat verilib. Bu kitabla tanış olanlar Azərbaycan mətbuatı haqqında kifayət qədər məlumat toplaya bilərlər.

Şura sədri kitabın müəlliflərini Mətbuat Şurasının adından fəxri diplomla mükafatlandırıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli bildirib ki, kitabın müəllifləri jurnalistika sahəsində kifayət qədər tanınırlar:

“Azərbaycan mətbuat tarixi Azərbaycan dilində geniş tədqiq olunmayıb. Bu kitab rus dilli sektor üçün Azərbaycan mətbuat tarixi haqqında yaxşı mənbə olacaq. Kitabda Azərbaycan mətbuat tarixi sistemli təhlil olduğuna görə Azərbaycan bölməsində oxuyan tələbələr istifadə edə bilər”.

“İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, kitabın nəşri  Azərbaycan jurnalistikası tarixində əlamətdar hadisədir: “Çünki belə bir kitab nəşr olunub. Mənim üçün ən əsası odur ki, bu kitab dərs vəsaiti kimi Azərbaycan jurnalistika tarixini özündə əks etdirir. Bu kitabın Azərbaycan dilində olması vacib idi”.

Kitabın müəllifləri təqdimatda iştirak edən hər kəsə, həmçinin kitabın yaranmasında əməyi keçən bütün şəxslərə də təşəkkür ediblər.

Qafar Əsgərzadə bildirib ki, bu kitab onun və Akif Təvəkküroğlunun Azərbaycan mətbuatına böyük töhfəsidir.
Akif Təvəkküroğlu əlavə edib ki, kitab haqqında söylənən fikirlər onlar üçün çox dəyərlidir.





Yeganə OQTAYQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi