Modern.az

“Badamdardakı maşın bazarında yanğın olmayıb” - FHN təkzib edir

“Badamdardakı maşın bazarında yanğın olmayıb” - FHN təkzib edir

Təhsil

9 İyun 2015, 14:06


“Bu gün Badamdar qəsəbəsindəki maşın bazarında yanğın olmayıb”.

Bunu Modern.az saytına Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib.

O qeyd edib ki, yayılan məlumatlar tam əsassızdır: “Üç  gün əvvəl bazarın arxasında 1 kilometr məsafədə quru ot yanmışdı. Bu barədə də nazirliyin saytında məlumat verilib. Maşın bazarında yanğın olmayıb”.

Bu gün “Azadlıq” radiosu Badamdardakı maşın bazarında yanğın baş verməsi ilə bağlı məlumat və video yayıb.

//www.azadliq.org/content/article/27057957.html

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə