Modern.az

Mədəniyyət və Turizm Nazirliyi 172 saxta diplom aşkarlayıb

Mədəniyyət və Turizm Nazirliyi 172 saxta diplom aşkarlayıb

1 Sentyabr 2009, 19:26

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə respublikanın şəhər və rayon Uşaq Musiqi, İncəsənət və Rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçirilib. Modern.az saytının tədbirdə iştirak edən müxbiri xəbər verir ki, müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Elm və Təhsil Şöbəsinin müdiri Yaşar Əliyevin  məruzəsi dinlənilib. Şöbə müdiri respublikanın şəhər və rayon Uşaq Musiqi, İncəsənət və Rəssamlıq  məktəblərinin problemləri, nöqsanları haqqında məlumat verib.Yaşar Əliyev bildirib ki, Maliyyə Nazirliyi əməkdaşlarının apardığı yoxlamalar nəticəsində  Balakən,Göranboy, Laçın, Ucar, Zaqatala və digər rayonların sözügedən məktəblərində ciddi  maliyyə nöqsanları qeydə alınıb: “Respublikanın  şəhər və rayon Uşaq Musiqi ,İncəsənət və Rəssamlıq məktəblərində 172 saxta diplom aşkarlanıb. Həmin şəxslər haqqında Respublika Baş Prokurorluğunda cinayət işi açılıb.

 Təhsil Şöbəsinin müdiri onu da qeyd edib ki, məktəb direktorları və müəllimlər fəxri ad almaq üçün Prezidentə, Heydər Əliyev Fonduna birbaşa  müraciət edirlər: “Yaxşı olardı ki, həmin insanlar nazirliyin xətti ilə öz əməklərinin qiymətləndirilməsini həyata keçirsinlər. Nazirliyimiz fədakar mədəniyyət  işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində mütəmadi işlər aparır”.

 Müşavirədə və mədəniyyət və turizm naziri  Əbülfəs Qarayev nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlarını verib.

 

 

Cavid

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi