Modern.az

Türkiyədə seçkidən sonrakı seçim daha çətindir

 Türkiyədə seçkidən sonrakı seçim daha çətindir

10 İyun 2015, 20:06

Türkiyədə Parlament seçkiləri artıq arxada qaldı. Amma onun əks-sədası gazet manşetlərini hələ uzun zaman zəbt edəcək.

Birinci ona görə ki, Türkiyə elektoratı uzun müddətdən bəri ilk dəfə seçkilərdə fərqli münasibət nümayiş etdirdi.

Bu nəticəni gözləmək mümkün ssenarilər arasında olsa da, siyasi qüvvələrin sürprizlə qarşı-qarşıya dayanması hamı tərəfindən qəbul edilir. Parlament seçkisinin bu qədər əks-səda dogurmasının digər səsbəbi isə onun nətcələrinin uzun müddət müzakirə və çəkişmə obyekti olaraq qalmasıdır.

Siyasi qüvvələrin bir araya gəlib hökuməti qurmaları üçün yetərincə zaman və zəhmət tələb olunur.

Parlamentdə seçkinin nəticələrinə görə, AKP-Türkiyənin iqtidar partiyası-258 yer (40.9 faiz), CHP- Ana müxalifət partiyası –132 yer  (25 faiz), MHP İkinci böyük müxalifət partiyası 80 yer (16.3 faiz), HDP Kürd yönümlü müxalifətpartiyası 80 yer (13.1 faiz) qazanıb.

Bu  nətcələrin alınmasına səbəb olan amillər siyasətçilər tərəfindən araşdırılır və uzun müddət tədqiqat obyekti olacaq.

Amma indi Türkiyədə siyasi qüvvələri narahat edən məsələ mövcud vəziyyətdən mümkün qədər qısa zamanda və itkisiz çixmaqdır.

Seçki kampaniyasının başlanğıcında  AKP 400 yer uğrunda mübarizə aparırdı və  yenə də hökuməti formalaşdırmaq missiyasını təkbaşına həyata keçirəcəyinə əmin idi. 

Nəzərdə tutduğu reformaları həyata keçirmək- konstitusiyaya dəyişikliklər etmək üçün referenduma nail olmaqa tələb olunan  330  yeri qazanmaq AKP-nin can atdığı minimum hədd idi.

Nəhayət, hökuməti qurmaq üçün tələb olunan 276 yer belə AKP üçün son seçkilərdə əlçatmaz oldu.

2002-ci idən bəri AKP ilk dəfə təkbaşına hakimiyyətə gələ bilmədi. Ötən seçki ilə  müqayisədə bu partiya 70 yer itirdi, təkpartiyalı hökumət qurmaq üçün isə ona 18 yer çatmadı.

İndi Türkiyədə vəziyyətin hansı məcrada inkişaf edəcəyi hamını çox düşündürür. Əsasən politoloqlar tərəfindən müxtəlif senarilər irəli sürülür ki , daha çox diqqəti cəlb edən aşağıdakılardır:

-AKP-CHP partiyalarının əməkdaşlığı ilə hökumətin qurulmasıı

- AKP-MHP partiyalarının birgə hökuməti

- AKP-HDP əməkdaşlığı ilə hökumət

-CHP-MHP-HDP- hökuməti

- Son variant kimi yeni seçkilərin keçirilməsi

Bu variantları nəzərdən keçirdikdə ən optimal seçim kim  AKP-MHP koalisiyası görünür. Çünki HDP-nin həmsədri Selaheddin Demirtaş hökuməti qurmaq üçün AKP ilə hər hansı bir əməkdaşlığı istisna etmişdir.

Bundan başqa AKP –nin də əməkdaşlıq üçün HDP-ni seçməsi siyasi səbəblərdən ağlabatan görünmür. CHP-yə gəlincə, seçkilərdə MHP-dən daha çox səs topladığı üçün onun AKP-nin qarşısına çıxaracağı şərtlər daha ağırdır.

Digər tərəfdən, CHP üçün Ana müxalifət olaraq seçkini təkbaşına udacağı günü gözləmək daha əlverişlidir, nəinki, nüfuzunu itirməkdə davam edən bir partiya ilə koalisiya hökuməti yaratmaq.

MHP-yə gəlincə isə o, AKP ilə hakimiyyətə gəlməkdə maraqlı ola bilər. Çünki təkbaşına hakimiyyətin yolu bu partiya üçün bir qədər uzun görünür. Digər tərəfdən AKP ilə konstruktiv əməkdaşlıq  və Nizamnaməsində elan etdiyi tədbirləri AKP-nin əli iə həyata keçirməsi onun təkpartiyalı hakimiyyətə uzanan yolunu qısalda bilər.

Uzun müddət Türkiyədə təbaşına hakimiyyət sürən AKP-nin bir yolu daha movcuddur: Vaxtından əvvəl seçkilərin keçirilməsi. Amma bu seçimin də sürprizlər verə biləcəyi istisna olunmur.

Fikrimizcə Ərdoğan və AKP bu seçimi ən son variant kimi gözdən keçirəcəklər.

Əlimusa  İbrahimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir