Modern.az

Hicran Hüseynova Ərdoğanın xanımı ilə görüşəcək

Hicran Hüseynova Ərdoğanın xanımı ilə görüşəcək

Təhsil

11 İyun 2015, 12:43



I Avropa Oyunlarının açılışı ilə əlaqədar Bakıya gələcək Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın həyat yoldaşı  Əminə Ərdoğan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşəcək.  
Bu barədə Modern.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Görüş iyunun 12-də saat 14:10-da baş tutacaq.
Görüşün əsas məqsədi Azərbaycan Respublikası və Türkiyə arasında qadın müdafiəsi sahəsində dövlətlərarası əməkdaşlığın genişləndirilməsi və Qeyri- Hökumət Təşkilatlarının təcrübəsini bölüşməkdir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə