Modern.az

“And olsun atlara!” təqdim olundu - FOTOLAR

“And olsun atlara!” təqdim olundu - FOTOLAR

Ədəbi̇yyat

11 İyun 2015, 14:38

Telejurnalist, Region TV-nin redaktoru Səfurə Çərkəzqızının “And olsun atlara!” adlı ilk kitabı işıq üzü görüb. Modern.az saytı xəbər verir ki, dünən kitabın təqdimatı və imza günü keçirilib. Tədbirə tanınmış simalar, jurnalistlər, yazarlar qatılıb. İlk kitabının sevincini yaşayan müəllif bunları deyib:

“1993-cü ildən bu günə qədər jurnalistika ilə məşğul olmağım, xəbər arxasınca qaçmağım məni yazar kimi bir qədər gecikdirdi. Amma çox xoşbəxtəm ki, hisslərimi, yazmaq istədiklərimi içimdə öldürmədim, yazdım. Kitabın adına gəlincə, “And olsun atlara!” hekayələrimdən birinin adıdır. Hekayədə atın ta qədimdən bu günə kimi türkün həyatındakı rolu, yeri əks olunub. At mənimçün güc, əzəmət simvoludur. Həm də müqəddəs heyvandı. “Qurani-Kərim”də “Qaçan atlar” surəsində də atlara and içilir, müqəddəs sayılır”.

Qeyd edək ki, kitabda müəllifin “Bədəl”, “Səkil”, “Slavikin siyasəti”, “Məzar sevgisi”, “And olsun atlara!”, “Sən olsaydın…” adlı hekayələri və son illərdə dövrü mətbuatda “Həyat hekayələri ” adı altında dərc olunan yazıları toplanıb. Nəşrin redaktoru peşəkar jurnalist və naşir Vəli Əkbərdir. Kitab 500 tirajla nəşr olunub.















Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır